Qapına gəldim, ölümlə gəldim… Əli boş, ürəyi quru,
üzü quru gəldim.
Dünya ovutdu məni, əyləndirdi, əyləndirdi.
Müxtəlif zinətiylə özünə çəkdi. Mən də daldım ona,
unutdum səni, unutdum özümü, unutdum öləcəyəmi…
Amma bax indi ölüm gəldi, tapdı məni…
Kimsə etmədi mənə, özümün etdiyini…
Mən kimsəni deyil, ancaq özümü aldatdım.
Şeytana inandım, nəfsimə aldandım. "Əbədi yaşayacaqsan!.."
deyə özümü inandırdım. Sabaha dair nə planlar etdim,
nə xəyallara düşdüm.

Ancaq bir axşam, günəş qırmızı ətəklərini daha yığmamışdı ki,
döyüldü qapım…
Halbuki daha edəcək nə çox işim vardı, dadacaq
nə qədər ləzzət, gəzəcək nə çox yer,
yığacaq nə qədər gözəllik vardı.
Əlimdə nələr vardı, nələr… Amma heç biri çatmazdı.
Gözüm həmişə başqalarınınkına baxardı.
Lakin gözüm indi öz etdiklərinə baxdı.
Məgər nə qədər az yaxşılıq etmişəm,
nə qədər az başqalarını düşünmüşəm.
Həyatımı nə qədər qəflətlə keçirmişəm.
Gəncliyimi, gümrahlığımı, gücümü, qüvvətimi,
ağılımı, zəkamı nə qədər boş yerə hədərr etmişəm.
Artıq boşdu… Keçən keçir, gedən dönmür.
Peşman olmağım gəlir, amma artıq o da boşdu…
Ölüm gəldi, həyat bitdi. Son pərdə endi və
həqiqi həyat başladı. Mənim yazdığım, fantastikasını etdiyim,
səhnəyə qoyduğum və indi izləyəcəyəm həyat!..
"Keşgəsi"si olmayan, gizlisi olmayan, dönüşü
olmayan, qaralaması olmayan həyat!..
Qapına gəldim,
ölümlə gəldim…
Öldüm də gəldim.
Əli boş,
ürəyi quru,
üzü quru gəldim.
Əhfinə gəldim,
lütfünə gəldim,
sənə gəldim;
Ya Rəb!..
Baxış sayı:43
İyun 14, 2008 15:49 tarixində, yamehdi tərəfindən,
Kitablar, Diger bölməsində yazılib.
Şərhlər(0)